\
20 Aprel 2024 - Şənbə

"Jurnalistlər bina"sında biabırçılıq! - FOTO - Jalə Mütəllimova: " Əvvəlcə adam olmaq lazımdır, sonra peşə seçmək..."

"Jurnalistlər bina"sında biabırçılıq! - FOTO - Jalə Mütəllimova: " Əvvəlcə adam olmaq lazımdır, sonra peşə seçmək..."
1749baxış

Mediapress.az xəbər verir ki, bu gün "Jurnalistlər binası"nda bu peşə sahiblərinə yaraşmayan hadisə baş verib. Belə ki, həyətdəki avtomobillərdən birinin üstünə zir-zibil yığılıb. Bu barədə tanınmış jurnalist Jalə Mütəllimova Facebook səhifəsində təəssüflə məlumat verib: 

"Bu "Jurnalistlər binası"ndakı "C" blokunun qarşısıdır. Bu, bu cəmiyyəti dövıət, millət adına yetişdirmək kimi ağır bir missiyanın altında çiyin verməli adamların binasının qarşısdır. Bu, bir dövlət mükafatçısının digər dövlət mükafatçısının əmlakına münasibətidir. Və bu adına seçilmiş jurnalist sözü yaraşmayan birinin ya özünün, ya da ailə üzvlərindən hansınınsa əməlidir. Daha nə deyim ki? Allah hidayət etsin. Seçdiyiniz, sevdyimiz peşədə bizi üzüqara edənlərlə qonşu olmaq da bu cür mənəvi əzabdır. Bunu edən hər kimdirsə, bilməli idi ki, əvvəlcə adam olmaq lazımdır, sonra peşə seçmək..."