\
26 Aprel 2024 - Cümə

Media əhli "Sipark İnşaat"ın iftar süfrəsinə yığışdı - FOTOLAR

Media əhli "Sipark İnşaat"ın iftar süfrəsinə yığışdı - FOTOLAR
1188baxış
Mediapress.az xəbər verir ki, dünən - 27 may "Neolit" restoranında bir qrup tanınmış media nümayəndələri bir araya gəldilər. Buna səbəb "Sipark İnşaat" şirkətinin qələm əhli üçün iftar süfrəsi hazırlaması olub.
Jurnalistlər oruclarını açdıqdan sonra stol arxasında bir sıra gündəmdə olan mövzuları müzakirə etdilər. Daha sonra isə yada düşən xoş xatirələri danışmaqla yüksək ab-hava yaratdılar. 
Sonda bu xeyirxah əmələ görə "Sipark İnşaat" şirkətinin rəhbərliyinə təşəkkür edildi. 
 
Xatırladaq ki, "Sipark İnşaat" 2004- cü ildən fəaliyyət göstərir. 15 illik əzm dövründə 10-a yaxın yaşayış kompleksini inşa edib. Hazırda 2 pilot layihə həyata keçirir. Şəhərin mərkəzində yerləşən layihələr beynəlxalq standartlara cavab verəcək şəkildə tikilir, eyni zamanda xarici görünüşü şəhərə gözəllik qatacaq dizayndadır.
 
Hazırladı: Könül Aypara