\
9 May 2024 - Cümə axşamı

"Qafqaz-Media" fəaliyyətində fərqlənənləri təltif etdi

"Qafqaz-Media" fəaliyyətində fərqlənənləri təltif etdi
1551baxış
Mediapress.az xəbər verir ki, dünən  “1001 gecə” restoranında 28 May Respublika günü münasibətiylə "Qafqaz-Media" İctimai Birliyi tərəfindən növbəti tədbir təşkil olunub. 

Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında, dövlətçilik hisslərinin daha da inkişaf etdirilməsində böyük əhəmiyyətə malik olan tədbiri İB-in sədri, şairə, xeyriyyəçi Hacı Azadə Taleh Abbasqızı açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb.

Hacı Azadə Taleh Abbasqızı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi qısa, lakin şərəfli yoldan danışıb, bu dövləti quran Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun və digər görkəmli dövlət xadimlərimizin verdiyi mücadilələrdən söhbət açıb.

O bildirib ki, müstəqil Azərbaycan dövlətinin təməli 1918-ci ildə Cümhuriyyətin yaradılması ilə qoyulub. Bu gün dövlətçilik ənənələrimizin layiqincə davam etdirildiyini vurğulayan Hacı Azadə Taleh Abbasqızının sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı dövlətçiliyimizin qədrini bilməli və onu göz bəbəyi kimi qorumalıdır.

Sonra tədbirdə "Musical of Baku" layihəsinin VI mövsümündə "Best of the Best" nominasiyaları üzrə fəaliyyətində fərqlənən bir qrup mədəniyyət xadimi, media nümayəndələri mükafatlandırılıblar.

Qeyd edək ki, mükafat alanlar sırasında xeyriyyəçi, teleaparıcı Hacı Nuran Hüseynov, müğənni Arif İdrisoğlu, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Laləm Məmmədova, jurnalist Könül Aypara, yazıçı-jurnalist Şəhla Aslan, yazıçı Kənan Hacı, şair Balayar Sadiq də olub.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Könül Aypara