\
29 Mart 2024 - Cümə

Müdafiə Nazirliyi “Pəncə” ilə bağlı hesabat yaydı: 15 ölü

Müdafiə Nazirliyi “Pəncə” ilə bağlı hesabat yaydı: 15 ölü
1392baxış

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında başlatdığı “Pəncə” əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

“Pəncə” əməliyyatına qatılan komandos qüvvələrimiz PKK terror qruplaşmasına aid sığınacaq, mağara və silah mövqelərini müəyyən edərək sözügedən nöqtələrin məhv edilməsi fəaliyyətlərini davam etdirir”, - Türkiyə MN-dən bildirilib.

Qeyd edək ki, əməliyyat mayın 27-də “Fırtına” haubitsalarının zərbələri ilə başlayıb. 27 may saat 20:00 radələrində türk komandos dəstələri Şimali İraqa daxil olub. (axar)

Mediapress.az