\
25 Aprel 2024 - Cümə axşamı

APA xəbər agentliyi fəaliyyətini bərpa etdi

APA xəbər agentliyi fəaliyyətini bərpa etdi
1455baxış

APA informasiya agentliyi fəaliyyətini bərpa edib.

Musavat.com xəbər verir ki, ötən ildən fəaliyyətini dayandırmış agentlik bu gündən fəaliyyətə başlayıb. Saytın dizaynında azca dəyişiklik edən Apa.az 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyətini bu gündən bərpa edib.

Qeyd edək ki, holdinqə daxil olan saytların fəaliyyəti ötən il avqustun 1-də dayandırılmışdı. Bunun nəticəsində isə, Apa.az, Lent.az, Vesti.az, Apasport.az, APA TV saytlarına giriş məhdudlaşmışdı. 

Bundan öncə isə, “APA Hodinq”in rəhbəri Vüsalə Mahirqızının rəhbərliyi ilə Onlayn Xəbər Agentliyi (Online News Agency - ONA) adlı yeni xəbər agentliyi fəaliyyətə başlamışdı.Daha sonra isə Lent.az, Kulis.az, və Vesti.az fəaliyyətini bərpa etmişdi.

Agentliyinin fəaliyyətini yenidən bərpa etməsinə görə, həmkarlarımızı və bütün media cameəsini təbrik edirik.