\
24 Aprel 2024 - Çərşənbə

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək
1366baxış

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək.

Mediapress.az xəbər verir ki, A liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın yarımfinalında Portuqaliya - İsveçrə və Hollandiya - İngiltərə cütləri mübarizə aparacaq.

İlk oyun günündə Portuqaliya və İsveçrə komandaları münasibətlərə aydınlıq gətirəcək. Portuqaliyanın heyətində Danilo Pereyra cəza səbəbindən bu qarşılaşmanı buraxacaq. İsveçrənin heyətində isə itki yoxdur. 

Qeyd edək ki, digər yarımfinal matçı iyunun 6-da baş təşkil olunacaq. İyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək. Həlledici mərhələnin bütün görüşləri Portuqaliyada olacaq.

UEFA Millətlər Liqası 

22:45. Portuqaliya - İsveçrə 

Baş hakim: Feliks Brıx (Almaniya) 

Porto. "Estadio do Dragao" stadionu