\
23 Aprel 2024 - Çərşənbə axşamı

"Barselona"nın futbolçusu komandadan ayrılmaq üçün kluba müraciət edib

"Barselona"nın futbolçusu komandadan ayrılmaq üçün kluba müraciət edib
1383baxış

İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Filippe Koutinyo komandadan ayrılmaq istəyir. 

Mediapress.az "Cadenaser"a istinadən xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi və onun menecerləri Kataloniya təmsilçisinə məlumat verib. 

Braziliyalı oyunçunun klubdakı mövqeyindən narazı olduğu və kollektivə uyğunlaşa bilmədiyi üçün ayrılmağı düşündüyü bildirilib. 

Qeyd edək ki, Filippe Koutinyo 2018-ci ilin yanvarında İngiltərənin "Liverpul" klubundan "Barselona"ya keçib.