\
20 Aprel 2024 - Şənbə

Baş məşqçi: "Müdafiədə oturmayacağıq"

Baş məşqçi: "Müdafiədə oturmayacağıq"
1361baxış

"Futbolda hər şey mümkündür. Erkən qol da buraxa bilərik. Amma neqativ düşünmək istəmirəm. Pozitiv olmalıyıq. Qapımızda ilk qolu görsək, çalışacağıq ki, əvəzini çıxaq. Yaxşı çıxış etmək istəyirik". 

Mediapress.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla matçdan öncə təşkil olunanan mətbuat konfransında deyib. 

Xorvatiyalı məşqçi komandanın üzərindəki təzyiqdən də danışıb: "Biz başa düşürük ki, çətin oyun olacaq. Xorvatiya ilə ilk matçdan razı qaldım. Yaxşı mübarizə apardıq. İndi isə evdə oynayırıq. Hücuma can atacağıq. Komandamın çoxlu qol epizodları yaratmasını istəyirəm". 

Yurçeviç Macarıstanla matçda kimlərə şans verəcəyini açıqlamaq istəməyib. O deyib ki, hələ ki start heyətlə bağlı qərarını verməyib. 

Xorvatiyalı məşqçi sabahkı oyunda rəqibə hörmətlə yanaşdığını söyləyib: "Müdafiədə oturmayacağıq. Rəqiblə müqayisədə 20 faiz daha çox hücumda çıxış etmək istəyirik". 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.