\
25 Aprel 2024 - Cümə axşamı

Fuad Abbasovun səsyazması yayıldı! - "Aclıq elan edirəm!"

Fuad Abbasovun səsyazması yayıldı! - "Aclıq elan edirəm!"
1400baxış

Mediapress.az xəbər verir ki, tanınmış jurnalist Fuad Abbasov aclıq aksiyasıa başlayıb. Bu barədə onun səsyazması yayılıb. Səsyazmada deyilir: 

"Salam, əziz həmvətənlər!  sizinlə danışan Fuad Abbasovdur. Bu gün 7 iyun tarixində mə Bakıya qayıtmaq üç yola çıxmışdım. Və yarıyolda məni geri qaytararaq yenidən xarici vətəndaşları saxlanıldığı təcridxanaya gətirdilər. Və mən bu qərara etiraz etmək üçün bu gündən etibarən aclıq elan edirəm. Çünki əgər Moskva vilayət məhkəməsinin dünəki toplantısında alınan qərar doğrudursa, mənim aeroporta getməyimə heç bir əngəl yoxdur və Azərbaycaa uçmağıma heç kim mane ola bilməz. Əgər Moskva vilayət məhkəməsi mənim burdan deport olmağımı dəstəkləmirsə və Ximçik şəhər məhkəməsinin almış olduğu qərarı ləğv edirsə, onda mən evə - ailəmin yanına buraxılmalıyam. Amma nə o tərəfə, nə də bu tərəfə heç bir qərar alınmır. Və məni yenidən bura gətirərərk, Korolek şəhərindəki  təcridxanada saxlamağa davam edirlər. Mən bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar. Buna görə də aclıq aksiyasına başlayıram. Xahiş edirəm, bunu hər kəs nəzərində saxlasın. Diqqətinizə görə təşəkkür edirəm".