\
23 Aprel 2024 - Çərşənbə axşamı

"Tərəqqi" medallı Səmayə İsmayılovanın 65 illik yubileyi keçirildi - FOTOLAR

"Tərəqqi" medallı Səmayə İsmayılovanın 65 illik yubileyi keçirildi - FOTOLAR
1574baxış
"Qafqaz-Media"İctimai Birliyinin və Xalq TV-nin təşkilatçılığı ilə bu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, tanınmış xanəndə, Tərəqqi" medallı Səmayə İsmayılovanın 65 illik yubileyi keçirildi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru ,əməkdar mədəniyyət İşçisi, şair-dramaturq İftixar Piriyev, QMİB-nin sədri, Prezident təqaüdçüsü, şairə-jurnalist Hacı Azadə Hüseynova, Xalq TV-nin baş direktoru, yazıçı Hidayət Möhnətov, Politexnik Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, "Borçalı" Nəşriyyatının direktoru, yazıçı-jurnalist Müşfiq Borçalı, AzTac.az-ın redaktoru, Prezident Təqaüdçüsü, şairə-jurnalist Zərənguz Dəmirçi Qayalı, QHT rəhbərlərindən İradə Rizazadə, Dünya Əliyeva, Vedibasar qəzetinin redaktoru, şairə Nəsibə İsrafilqızı, şairə Xatirə Fərəcli, jurnalistlərdən Əminə Nəsirova, Elmira Əhmədova, Mənsurə Həşimova, Jalə Əkbərova, Kamilə İbrahimova, rejissor-müğənni, bəstəkar Elgün Seyidzadə, xanəndələrdən Ziba Hüseynova, Sübhan Əkbərzadə çıxış edərək Səmayə xanımın ünvanına xoş sözlər söyləyiblər. S.İsmayılovanın oğlu tanınmış müğənni Arif İdrisoğlu qonaqlara təşəkkürünü bildirib. Sonda Mansur İbrahimov ALLAHA ünvanladığı mahnısını S.İsmayılovaya hədiyyə edib.
"Nəğmələrim Övladlarımdır" adlı diskin işıq üzü görməsi münasibəti ilə Səmayə İsmayılovanı təbrik edirik.