\
29 Mart 2024 - Cümə

Bakıda "Məlumat Modeli" adlı regional seminar keçirilir

Bakıda "Məlumat Modeli" adlı regional seminar keçirilir
1440baxış

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "Məlumat Modeli" adlı regional seminarı öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə. seminarda 17 ölkədən ekspertlər və nümayəndələr iştirak edir.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev seminarın Azərbaycanda təşkil edilməsinin xüsusi önəmindən söhbət açıb. Qeyd edilib ki, seminarın keçirilməsində əsas məqsəd məlumatların paylaşılması üçün dünyada vahid standart, çərçivə yaratmaqdır. Dünyadakı rəqəmsal kəmərdə standart format yaratmaq lazımdır ki, ötürülən məlumatlar bütün dünya üçün başa düşülən olsun. Seminarda müxtəlif ölkələrin öz təcrübələrini bölüşəcəyini deyən Komitə sədrinin müavini vurğulayıb ki, Şərqi Avropa və Asiya ölkələri bu sistemin yaradılmasında olduqca maraqlıdırlar.

Daha sonra ÜGT-nin nümayəndələri Tejo Kusuma və Milena Budimirovic çıxış edərək seminarın məqsədi, ÜGT Məlumat Modelinin qəbul edilməsi və görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər.

Seminarda ÜGT Məlumat Modelinin qəbul edilməsinin strateji faydaları, gömrüklə bağlı qlobal gündəlik və məlumatların uyğunlaşdırılması, standartlaşmanın zəruriliyi barədə məlumatlandırma, smart sərhədlərin təmin edilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Qeyd edək ki, seminar iyunun 11-dək davam edəcək.