\
16 Iyun 2019 - Bazar günü

Fransa həbsxanasında girov götürülən gözətçilər azad edilib - YENİLƏNİB

Fransa həbsxanasında girov götürülən gözətçilər azad edilib - YENİLƏNİB
76baxış

Fransanın Orn departamentinin Konde-sür-Sart şəhər həbsxanasında dustağın girov götürdüyü gözətçilər azad olunub.

Bu barədə “BFM TV” məlumat yayıb.

Bildirilir ki, bıçaqla silahlanmış dustaq iki gözətçini girov götürübmüş. Onlardan biri təcrübəçi olub. Hər iki girov artıq azad olunub. Məlumata görə, məhbus başqa bir həbsxanaya köçürülməsini tələb edirmiş. Hazırda o, nəzarət altına alınıb. Psixi pozuntuları olan həmin şəxsin əvvəllər də nəzarətçilərə hücum etdiyi deyilir.

***

Saat 23:53

Fransada məhbus gözətçilərə hücum edib.

APA xəbər verir ki, bu barədə “BFM TV” məlumat yayıb.

Bildirilir ki, uzunmüddətli cəza çəkən dustaq həbsxananın müfəttişlərini girov götürüb.

İnsident Fransanın Orn departamentinin Konde-sür-Sart həbsxanasında qeydə alınıb.

Mediapress.az