\
19 Avqust 2019 - Bazar ertəsi

Bakıda beynəlxalq tədbir keçirilir - 91 ölkənin gömrükçüləri bir arada

Bakıda beynəlxalq tədbir keçirilir - 91 ölkənin gömrükçüləri bir arada
578baxış

İyunun 12-də Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi" öz işinə başlayıb.

Musavat.com əməkdaşının verdiyi xəbərə görə Dövlət Gömrük Komitəsinin ev sahibliyi, Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı və Koreya Gömrük Xidmətinin dəstəyi ilə keçirilən tədbirdə 91 ölkənin gömrük və sərhəd xidməti orqanlarının, biznes, hökumət sektorunun 500-ə qədər nümayəndəsi qatılıb.

Tədbiri giriş sözü ilə baş nazir Novruz Məmmədov açıb. O, ölkə başçısı İlham Əliyevin konfrans istirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub. Daha sonra baş nazir konfransın əhəmiyyəti və son illərdə ölkəmizin keçdiyi inkişaf yolundan bəhs edib.

Daha sonra DGK-nın sədri Səfər Mehdiyev paytaxtımızda keçirilən konfransın əhəmiyyətini yüksək qiymətləndirib. 
ÜGT-nin baş katibi Kunio Mikuriya Azərbaycanın son illərdə gömrük sahəsində qazandığı naliyyətləri təqdir edib.

Konfrans 4 işçi dildə - Azərbaycan, rus, ingilis və fransız dillərində aparılır. (Musavat)

Mediapress.az