\
26 Aprel 2024 - Cümə

Millət vəkili Eldəniz Səlimov seçicilərinin problemləri ilə məşğul olub - FOTOLAR

Millət vəkili Eldəniz Səlimov seçicilərinin problemləri ilə məşğul olub - FOTOLAR
1080baxış

Xaçmaz rayonundan Milli Məclisə deputat seçilmiş Eldəniz Səlimov seçiciləri ilə növbəti görüşünü keçirib. 
Mediapress.az-a daxil olan məlumata görə, görüş zamanı vətəndaşlar onları narahat edən müxtəlif məsələlər barədə millət vəkilinə müraciət ediblər. Qəbulda əsasən məşğulluq, mənzil problemi, həmçinin bir sıra sosial və hüquqi məsələlər müzakirə edilib. Seçiciləri bir-bir qəbul edən millət vəkili Eldəniz Səlimov onların problemlərini dinləyib. 
Qəbul zamanı millət vəkili vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirib. Qəbulda qaldırılan bəzi məsələlər yerindəcə həll olunub, diğər məsələlər isə nəzarətə götürülüb.