\
16 Iyun 2019 - Bazar günü

“Hell Azərbaycan”ın marketinq meneceri işdən çıxdığını bəyan etdi

“Hell Azərbaycan”ın marketinq meneceri işdən çıxdığını bəyan etdi
181baxış

“Hell Azərbaycan” şirkətinin marketinq direktoru  Müşfiq İskəndərov işindən ayrıldığını bəyan edib:

“Bu ilin əvvəlindən dəfələrlə uzaqlaşma haqqında xahiş etsəm də, izin verilmirdi. İndi isə səssizcə aradan çıxıram. Bütün “Hell Energy” ordusuna uğurlar arzulayıram! Darıxan dostlar məni İlkin Hasani ilə nəfəs verdiyimiz Idea Factory-də görməyə gələ bilər. Yeni iş təkliflərini yalnız sıfırdan markalar üzərindən edilməsini xahiş edirəm".

Mediapress.az