\
25 Aprel 2024 - Cümə axşamı

BŞBPİ: Jurnalistin övladını it dişləməsi ilə bağlı təhqiqat araşdırmaları başlayıb

BŞBPİ: Jurnalistin övladını it dişləməsi ilə bağlı təhqiqat araşdırmaları başlayıb
1435baxış

Bakıda övladı it hücumuna məruz qalan jurnalist Asif Nərimanlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə dəvət olunub.

Bu barədə KİV-ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Asif Nərimanlı polisə müraciəti ilə əlaqədar dəvət olunub, onun izahatı alınıb. 9-cu Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Məsələ diqqətimizdədir”, - deyə, BŞBPİ sözçüsü əlavə edib.

Qeyd edək ki, dünən Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında A.Nərimanlının azyaşlı övladı it hücumuna məruz qalıb. Sahibi yanında olan itin burundağı olmayıb. Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

Mediapress.az