\
18 Aprel 2024 - Cümə axşamı

Jurnalistlərin də övladları məzun oldular (FOTOLAR)

Jurnalistlərin də övladları məzun oldular (FOTOLAR)
1705baxış
Bu gün Azərbaycanın bütün ümumtəhsil məktəblərində "Son zəng” tədbirləri keçirilir.
 
Təhsil Nazirliyinin məlumatına görə, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80514 nəfər şagird bitirir. Bunlardan 19786 nəfər şagird Bakıda məzun olur.
 
Modern.az-ın məlumatına görə, bu gün məzun adı qazanan yeniyetmələr arasında jurnalist övladları da var.
 
 
Müstəqil jurnalist Aygün Muradxanlının qızı Humay Bakı Atatürk Litseyinin 27-ci məzun törənində orta təhsili başa vuran yeniyetmələr sırasında olub.
 
 
"Yeni Azərbaycan” qəzetinin redaktoru Nadir İsmayılovun (Azəri) da qızı bu gün Bakı Atatürk Litseyini bitirən məzunlar sırasında idi. Yeri gəlmişkən, Şəmsiyyə İsmayılova bu il Türkiyə universitetlərinə imtahan verib.
 
 
"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da bu gün sevinən valideynlərdəndir. Jurnalistin ikinci qızı Banuçiçək orta məktəbdən məzun olub.  
 
 
Müstəqil jurnalist-yazar Arzu Soltanın oğlu bu il orta məktəbə əlvida deyib.
 
 
Jurnalist, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə əməkdaşı Rəşad Hüseynovunqızı da bugünkü məzunlar sırasındadır.
 
 
Jurnalistlər Fərəh Sabirqızı və Məğrur Əliyev də bu gündən məzun valideynləri sayılırlar. Onları qızı Fidan Əliyeva Bakı Atatürk Litseyini bitirib.