\
16 Aprel 2024 - Çərşənbə axşamı

Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR

Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR
1963baxış

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk Dünyası Araşdırmalar Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin 27-ci ildönümü və məzun günü münasibəti ilə təntənəli mərasim təşkil olunub.

Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, TDAV-ın qurucusu Turan Yazqanın, həmçinin şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan ilə Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Xalq yazıçısı Sabir Rüstəmxanlı, Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı təmsilçisi Ufuk Arça Turqaner, sabiq MHP-li millət vəkili Sinan Oğan, ATİB başqanı Camal Yangın və digər qonaqlar iştirak ediblər.

Mərasimi giriş nitqi ilə açan Bakı Atatürk Liseyinin müdiri Eylem Gültekin məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən TDAV başqanı Közhan Yazqan Bakı Atatürk Liseyinin Türk dünyası üçün faydalı gənclər yetişdirməyə davam edəcəyini bildirib:"Mən fürsətdən istifadə edib liseyimizin müəllim və şagird kollektivini təbrik edirəm. Məzunlarımıza arzum budur ki, Vətəninə, xalqına, bayrağına, Türk dünyasına, "Bir millət, iki dövlət" fəlsəfəsinə sadiq bir əsgər kimi hər zaman ön sırada olsunlar".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral çıxışında məzunları təbrik edərək, bu gənclərin ali məktəblərdə təhsil aldıqdan sonra müxtəlif sahələrdə Azərbaycana  uğurla xidmət edəcəklərinə əminliyini bildirib.

Məzunları təbrik edən Xalq yazıçısı Sabir Rüstəmxanlı onlara uğurlar arzulayaraq, öz tövsiyələrini verib.

Tədbir daha sonra geniş bədii proqramla davam edib.

Mediapress.az