\
28 Mart 2024 - Cümə axşamı

"Gender bərabərliyi və media" mövzusunda yekun konfrans keçirilir - FOTOLAR

"Gender bərabərliyi və media" mövzusunda yekun konfrans keçirilir - FOTOLAR
1539baxış

Bu gün Bakıda Avropa Şurası tərəfindən "Azərbaycan gender bərabırliyi və media azadlığı" layihəsinin nəticələrinə həsr edilmiş yekun konfransı keçirilir.

Tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, belə layihələr gender bərabərliyi, media azadlığı mövzularında müzakirələrin aparılması baxımından çox önəmlidir.

Konfransın əsas məqsədi gender bərabərliyi və media sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və bu mövzuda açıq müzakirələrə şərait yaratmaqdan ibarət olub.

Vurğulanıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Konfransda Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də çıxış ediblər.

Mediapress.az