\
25 Aprel 2024 - Cümə axşamı

ABŞ Orta Şərqə 1000 hərbçi göndərir

ABŞ Orta Şərqə 1000 hərbçi göndərir
1359baxış

ABŞ Orta Şərqə daha 1000 hərbçi göndərir.

Azadinform xəbər verir ki, bu barədə məlumat verən Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) bildirib ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı əlavə qüvvə tələbinə qarşılıq olaraq Baş Qərargah və Ağ Evlə məsləhətləşib Orta Şərqdəki hava, dəniz və quru qoşunlara edilən təhdidlərə qarşı müdafiə məqsədi ilə təxminən 1000 hərbçinin göndərilməsi barədə göstəriş verdim.

Pentaqon rəhbəri İranla yaşanan son hadisələrdən danışaraq vurğulayıb ki, bu gün atılan addım bölgədə fəaliyyət göstərən hərbi heyətimizin təhlükəsizliyi, hüzuru və milli mənfəətlərimiz üçündür: “Vəziyyəti diqqətlə izləməyə davam edəcəyik”. (azadinform)

Mediapress.az