\
22 Iyul 2019 - Bazar ertəsi

Gürcü deputatlar Moskvaya gedir

Gürcü deputatlar Moskvaya gedir
187baxış

Gürcüstanın müxalif Vətənpərvərlər Alyansı Partiyasının deputatları yaxın günlərdə Moskvaya səfər edəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində partiyanın lideri, Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili paylaşıb. O, səfər zamanı əsas müzakirə mövzusunun Gürcüstan-Rusiya münasibətləri olacağını bildirib:

“Bizim komandanın üzvləri yaxın zamanlarda Moskvaya səfər edəcəklər. Bilirsiniz ki, biz Rusiyadakı Gürcüstan vətəndaşları üçün vizaların ləğvi barədə razılaşmışıq. Ölkəmizlə bağlı vacib məsələlərə çox pozitiv baxırdıq. Provokatorlar ölkəni geriyə atdılar və bu, ilk dəfə baş vermir. Biz Tanrının köməyi ilə yenidən çıxış tapacağıq. Əminəm ki, dostlarımın Moskvaya səfəri ölkəmiz üçün çox faydalar gətirəcək”.

O, gürcü deputatların nə zaman Moskvaya göndəriləcəyini və kimlərlə görüşəcəyini açıqlamayıb.