\
15 Noyabr 2019 - Cümə

Aİ BMTİP Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanası təsis

Aİ BMTİP Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanası təsis
575baxış

Mediapress.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin təsis olunmasına dəstək göstərmək məqsədi daşıyan və Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində bu gün Gəncədə peşə məktəbinin ilk sənaye emalatxanasını açıblar.

Gəncədə həyata keçirilən layihənin məqsədi təhsilin keyfiyyətini yüksəltmək və xüsusən də Gəncədə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini artırmaq, eyni zamanda tələbələrin peşə təhsilinə qəbulu və iştirakını genişləndirmək, habelə bu rayonlarda peşə təhsili sistemini mövcud bazar tələbatı və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırmaqdan ibarətdir.

Yeni müasir standartlara uyğun emalatxana ötən il təsis olunan Gəncə Peşə Təhsili və Təlimi Mərkəzinin binasında yerləşir və mərkəzin yeni tədris planına daxil edilən altı mühüm sahə üzrə peşə təhsili proqramlarını tədris etmək üçün dünya səviyyəli sənaye və texniki təlim avadanlığı ilə təchiz edilib. Məktəb, isitmə, havalandırma və soyutma sistemləri; mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti; dağ-mədən işləri; moda və dizayn; plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri; və nəhayət, maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi kimi sahələr üzrə ixtisaslaşır və burada təhsil alan tələbələrdə sənayeyə uyğun vərdişlərin aşılanmasına xidmət edir.

Gəncədəki yeni mərkəzin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq Şöbəsinin Rəhbəri xanım Simona Gatti qeyd etdi ki, “Avropa İttifaqı Azərbaycanda peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə müasirləşdirməsinə dəstək göstərir. Ümumiyyətlə, bu layihə, vərdişləri əmək bazarının tələblərinə uyğunlaşdırmağa kömək edəcəkdir. Bizim bu gün Gəncə Regional Sənaye Peşə Təhsili və Təlimi Mərkəzində açdığımız bu emalatxana tələbələrə öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı verəcəkdir”.

Bir müddət əvvəl, əmək bazarının qiymətləndirilməsi aparıldıqdan sonra, Qərbi Azərbaycanın sənaye mərkəzi kimi tanınan Gəncə üçün prioritet sahələr kimi Mərkəzin altı əsas fəaliyyət sahəsi müəyyənləşdirilib. Hazırda Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin 2018-2019-cu tədris ili üçün təklif etdiyi yeni proqramlar üzrə qəbul edilən 60 tələbə təhsil alır. Tələbələr altı ixtisasdan biri üzrə gələcək.