\
15 Noyabr 2019 - Cümə

Gənc iş adamı İlyas Möhnətov FENOMEN oldu – FOTOLAR

Gənc iş adamı İlyas Möhnətov FENOMEN oldu – FOTOLAR
1105baxış

"EuroHome” ticarət və tikinti materialları mərkəzlərinin direktoru İlyas Möhnətov“PHENOMENON AWARDS” layihəsinin iştirakçısı olaraq mükafatlandırılıb.

“Yeni Gundem” xəbər verir ki, “PHENOMENON AWARDS” layihəsinin məqsədi Azərbaycanda öz sahəsində uğurlu, faydalı, seçilən və tarix yazan şəxslərin mükafatlandırılaraq geniş ictimaiyyətə FENOMEN olaraq təqdim etməkdir.

İlyas Möhnətov öz işi və bacarığı ilə öz dünyasını yaradaraq cəmiyyətə uğurlu, faydalı, seçilən və tarix yazan olduğu üçün FENOMEN seçilib.

İlyas Möhnətov iş həyatında müxtəlif nümunələr yaradaraq fərqli biznes ideyalarının təkmilləşməsinə vasitəçilik edir. Həmçinin, gənc iş adamı müxtəlif sahələrdə sahibkarlıqla məşğul olmaq istəyən şəxslərə biznes imkanlarının yaradılmasına dəstək verir.

Qeyd edək ki, mükafatçılar təşkilat komitəsi tərəfindən, həmçinin, müxtəlif müşahidələr, sosial sorğular və ictimai rəylər əsasında seçilirlər. Hər bir mükafatçı fərd olaraq mükafatlandırılır və ictimaiyyətə fərd olaraq təqdim olunurlar.

Mükafatın rəsmi simvolu dünyanı əlləri ilə saxlamış şəxsdir. Öz işi və bacarığı ilə öz dünyasını yaradan insan mənasını ifadə edir.

Diplom və mükafatın pasportu xüsusi dizaynda hazırlanaraq, rəsmi möhürlənərək təqdim olunur.

“PHENOMENON AWARDS” layihəsi haqqında ətraflı məlumat almaq istəyənlər @phenomenon_awards instagram səhifəsi ilə əlaqə saxlasınlar.

Mediapress.az

 S