\
29 Mart 2024 - Cümə

Aİ-Azərbaycan əməkdaşlığı mövzusunda jurnalistlər üçün müsabiqə elan edilib - FOTOLAR

Aİ-Azərbaycan əməkdaşlığı mövzusunda jurnalistlər üçün müsabiqə elan edilib - FOTOLAR
1538baxış
Mediapress.az xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirib. Aİ-nın Azərbaycandakı səfiri Kestutis Jankauskas ən əvvəl xatırladıb ki, ötən günlərdə Aİ-nın rəhbəri Donald Tusk Bakıya səfər edib və ölkə rəhbəri ilə görüşüb. Görüşdə vurğulanıb ki, Aİ və Azərbaycan arasındakı əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir və görüşdə əlaqələrin davam edəcəyi qeyd edilib, əməkdaşlıq və tərəfdaşlıqla bağlı razılaşmalar əldə olunub. Səfir həmçinin Azərbaycan vətəndaşları arasında 4 ildir Aİ ilə bağlı aparılan rəy sorğudan da söhbət açıb. O qeyd edib ki, son sorğunun nəticələrinə görə, azərbaycanlılar 46 %i Aİ-ni yaxşı yanaşır, yalnız 8 faizi neqativ yanaşır, 31 %-i neytral münasibət göstərir. 15%-i isə İttifaq haqqında məlumatsızdır. Səfir deyib ki, ilbəil Aİ-na qarşı Azərbaycan vətəndaşlarının münasibəti yaxşıya doğru dəyişir. Təşkilatın gördüyü işlər baradə açıq məlumatların yayılması bu dinamikaya təsir edir. Daha sonra Aİ-nın layihələrinin icrası ilə bağlı bir neçə videoçarx jurnalistlər üçün nümayiş olunub. Ardınca Aİ nümayəndəliyinin təmsilçisi, nazir-müşaviri Simona Qatti Aİ-nın gördüyü işlərin icmalından ibarət təqdimatla çıxış edib. Xanım Qatti qeyd edib ki, Aİ-nin dəstəyi ilə bugünədək Azərbaycan höküməti məhkəmə-hüquq, enerji, vergi, ədliyyə, kiçik və orta biznesin inkişafı sahəsində bir çox qanunvericiliyə dair islahatlar edib. 2011-ci ildən Aİ-nın maliyyə dəstəyi ilə 33 regional proqram( 497 min avro), 127 -ikitərəfli layihə(63 başaçatmış-38 min avro) və 62 –si davam edən (67 min avro) icra edilib. O cümləddən İttifaq 17 tvinninq, 63 qrant layihəyə, 26 çərçivə müqaviləsi, 21 texniki yardımla bağlı dəstəyini göstərib. Tədbirin sonunda çıxış edən Aİ nümayəndəliyinin kommunikasiya üzrə eksperti Aynur Bəşirova media nümayəndələrini Milli Mətbuat günü ilə əlaqədar elan olunan müasbiqəyə toxunub. O qeyd edib ki, “Aİ-Azərbaycan: Əməkdaşlıq üfüqləri” adı altındakı müsabiqə həm çap, həm onlayn, həm də tv-radio jurnalistləri üçün nəzərdə tutulub. Hər kəs hazır yazı, audiovizual materiallarının linkini sentyabrın 19-na qədər DELEGATİON-AZERBAİ[email protected] elektron poçt ünvanına göndərməlidir. Raminə