\
18 Aprel 2024 - Cümə axşamı

İsmayıllıda narkotik mənşəli bitkilər yetişdirən şəxs tutulub

İsmayıllıda narkotik mənşəli bitkilər yetişdirən şəxs tutulub
1387baxış

İsmayıllı rayonunda narkotik mənşəli bitkilər yetişdirən şəxs tutulub.

Mediapress.az-ın Şirvan bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1961-ci il təvəllüdlü Qalınçaq kənd sakini Seyidov Şahin Əlixan oğluna məxsus İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində, meşədə 750 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.