\
25 Aprel 2024 - Cümə axşamı

Myanmada donuz qripindən 54 nəfər ölüb

Myanmada donuz qripindən 54 nəfər ölüb
1397baxış

Myanmada bir aydır özünü göstərən donuz qripi epidemiyasında 54 nəfər həyatını itirib. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Myanmanın Səhiyyə və İdman Nazirliyinin ictimaiyyəti məlumatlandırma səlahyətlisi Fay Fay Aye, AA müxbirinə verdiyi açıqlamada donuz qripi olaraq bilinən H2N1 virusuna görə iyun ayının ikinci yarısından bu günə qədər 54 nəfərin dünyasını dəyişdiyini bildirib.

Yanqon epidemiyadan ən çox təsirlənən bölgə olub və burada 43 ölüm faktı qeydə alınıb. Aye eyni zamanda bildirib ki, Yangon, Sagayng, Maqvey, Baqo, Ayeyarvardi və Mon bölgələrində 671 xəstədən 274-də virus təsbit edilib. Xəstəliyə görə, ilk ölüm 19 iyunda qeydə alınmışdı.

Nazirlik vətəndaşlara yüksək temperaturu olan şəxslərdən və izdihamdan uzaq dayanmaları ilə bağlı xəbərdarlıq edib. Bundan başqa, yerli xəstəxanalardan da xəstəliyin aşkarlanmasında diqqətli olmaq tələb olunub.