\
11 Dekabr 2019 - Çərşənbə

Emin Mahmudov: "Sperantsa" ilə matçda hücum futbolu oynamağa çalışacağıq"

Emin Mahmudov: "Sperantsa" ilə matçda hücum futbolu oynamağa çalışacağıq"
592baxış

"Səfərdən 3:0 hesablı yaxşı nəticə ilə gəlmişik. Buna rəğmən, oyuna ciddi hazırlaşmışıq. Hücum futbolu oynamağa çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Moldovanın "Sperantsa" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqqında danışarkən deyib.

O, "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, futbolda hər şey mümkündür və rəqib sürpriz edə bilər: "Dünən Moldovada "Saburtalo"ya 0:3 hesabı ilə uduzan "Şerif" səfərdə ilk 10 dəqiqədə 3 top vurmuşdu. Diqqətli olmalıyıq. Rəqib düşərgədə yer alanların hakimlərin bizə kömək etmələri ilə bağlı iddialarına gəlincə, bu barədə danışmaq istəmirəm. Hər şey göz qabağında idi".

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sperantsa" oyunu saat 21:00-da başlanacaq. "Ağ-qaralar" ilk matçda 3:0 hesabı ilə qalib gəliblər.