\
24 Aprel 2024 - Çərşənbə

Xoşbəxt Yusifzadə:“Əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır”

Xoşbəxt Yusifzadə:“Əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır”
1589baxış

Qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.

Mediapress.az” SOCAR-a istinadən xəbər verir ki, bunu şirkətin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə bildirib.

O qeyd edib ki, dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşıb. “Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır”.

O qeyd edib ki, digər tərəfdən yeni yataqların uğurla işlənilməsi ölkədə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır: “2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20% artım gözləyirik. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcək. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır”.