\
26 Aprel 2024 - Cümə

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB-2

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB-2
1401baxış

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların sayı artıb. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə zamanı "VAZ-2115"in sürücüsü Şükürov Ruslan Balacan oğlu da xəsarət alıb. Bununla da qəza zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb. 

Qeyd edək ki, hadisə Göylər kəndində qeydə alınıb. "VAZ-2115" və "QAZ-31" markalı avtomobillərin toqquşması nəticəsində Şamaxı sakini, "QAZ-31" markalı avtomobilin sürücüsü, 68 yaşlı Kərimov Hücrət Ağasəlim oğlu, Kürdəmir sakinləri - 26 yaşlı Şükürov Saleh Taleh oğlu, 23 yaşlı Qəhrəmanov Elməddin Elşad oğlu, 22 yaşlı Səfərov Qabil Habil oğlu və 33 yaşlı Mürsəlov Elvin Eynulla oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


***21:06

Şamaxıda baş verən yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Şamaxı sakini, "QAZ-31" markalı avtomobilin sürücüsü, 68 yaşlı Kərimov Hücrət Ağasəlim oğlu, Kürdəmir sakinləri - 26 yaşlı Şükürov Saleh Taleh oğlu, 23 yaşlı Qəhrəmanov Elməddin Elşad oğlu, 22 yaşlı Səfərov Qabil Habil oğlu və 33 yaşlı Mürsəlov Elvin Eynulla oğludur.

Fakt araşdırılır.


***19:37

Şamaxı rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göylər kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2115" və "QAZ-31" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.