\
29 Mart 2024 - Cümə

Bakıda avtomobil 60 yaşlı qadını vurub

Bakıda avtomobil 60 yaşlı qadını vurub
1371baxış

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Mediapress.az" xəbər verir ki, hadisə 9 mkr, Mir Cəlal küçəsində qeydə alınıb. 

Belə ki, 60 yaşlı İbrahimova Rövşanə Məmməd qızını avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona təpə nahiyəsinin kəsilmiş-çapılmış yarası, sol çiyin qurşağının travması diaqnozu qoyulub.

Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirir.