\
28 Mart 2024 - Cümə axşamı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
1357baxış

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, bu, İrlandiya "Dandolk"udur.

"Dandolk" I təsnifat mərhələsində Latviya "Riqa"sını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Bu gün Latviya paytaxtında keçirilmiş cavab görüşünün əlavə vaxtında da qol vurulmayıb. Penaltilər seriyasında isə "Dandolk" daha dəqiq olub - 5:4.

"Qarabağ" İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də evdə keçirəcək.