\
23 Aprel 2024 - Çərşənbə axşamı

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, tıxac yaranıb- FOTO

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, tıxac yaranıb- FOTO
1399baxış

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.

"Report" xəbər verir ki, hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub.

Hazırda həmin yolda böyük tıxac var.

Mediapress.az