\
16 Aprel 2024 - Çərşənbə axşamı

Pirşağı qəsəbəsi və Lahıc bağlarında işıqla ba\lı problemlər yaranacaq

Pirşağı qəsəbəsi və Lahıc bağlarında işıqla ba\lı problemlər yaranacaq
1501baxış

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bunu KİV-ə Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.