\
24 Aprel 2024 - Çərşənbə

Qəzaya uğrayan gəminin şəxsi heyətinin xilas edilməsi əməliyyatı uğurla başa çatdırıldı - Yeniləndi

Qəzaya uğrayan gəminin şəxsi heyətinin xilas edilməsi əməliyyatı uğurla başa çatdırıldı - Yeniləndi
1731baxış

Mediapress.az Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisinin 9 nəfər şəxsi heyətinin FHN helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilməsi əməliyyatı saat 16:10 radələrində uğurla başa çatdırılıb.

Xilas edilən 9 nəfər təhlükəsiz şəraitdə sahilə çıxarılmaqdadır.

15:10

Mediapress.az xəbər verir ki, saat 14:10 – da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dənzi Agentliynin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub. Qərargah tərəfindən FHN – nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları uğurla həyata keçirilib.