\
26 Aprel 2024 - Cümə

“Metropark” 3 gün bağlı olsa da, kinoteatrın iş rejimində heç bir dəyişiklik yoxdur

“Metropark” 3 gün bağlı olsa da, kinoteatrın iş rejimində heç bir dəyişiklik yoxdur
1399baxış

Şənbə günü “Metropark” ticarət və əyləncə mərkəzində baş verən yanğınla bağlı, mərkəzə giriş 3 gün ərzində bağlı olacaq.

Mediapress.az xəbər verir ki, bu barədə məlumatı “Park Cinema Metropark”ın mətbuat xidməti yayıb. Məlumatda qeyd olunub ki, “Metropark”da gerçəkləşən təmir-bərpa işlərinə baxmayaraq, “Park Cinema Metropark” kinoteatrının iş rejimində heç bir dəyişiklik yoxdur, kinoteatrımız öz fəaliyyətinə davam edir, 3 gün ərzində giriş “parkinq” tərəfindən təşkil olunacaq.