\
26 Aprel 2024 - Cümə

Yerli istehsalatın təbliği məqsədi ilə tədbir keçirilib-FOTOLAR

Yerli istehsalatın təbliği məqsədi ilə tədbir keçirilib-FOTOLAR
1557baxış

27 iyul 2019-cu il tarixdə Bakının tarixi guşəsi olan İçəri Şəhər ərazisində yerləşən Sənət Qalası Qalereyasında (Art Tower Gallery) Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin, “Naiqin-K Tovuz Baltiya” şirkətinin və “Art Council”ın birgə təşkilatçılığı ilə “Şəbəkələşmə kokteyli” (Networking cocktail) keçirilib.
Mediapress.az xəbər veri ki,korporativ sosial sahibkarlığın inkişafına dəstəyin göstərilməsi məqsədilə təşkil olunan bu tədbirdə ölkə ərazisində fəaliyyət göstərən diplomatik korpusların, özəl və dövlət sektorunun nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd ABADçıların istehsal etdikləri süd məmulatları və “Naiqin-K Tovuz Baltiya”nın məhsullarını qonaqlara dequstasiya üçün təqdim etmək, “Made in Azerbaijan” brendi altında istehsal olunan yerli istehsalata dəstək olmaq və fəaliyyət çərçivəsində əməkdaşlıq edilən əsas partnyorların iştirakı ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün yeni platformalar qurmaqdır.

 S