\
28 Mart 2024 - Cümə axşamı

Yerevanda VTB bankın bankomatı partladılıb, 37 min dollar oğurlanıb

Yerevanda VTB bankın bankomatı partladılıb, 37 min dollar oğurlanıb
1409baxış

Naməlum şəxslər Yerevanda Rusiyanın VTB (Ümumrusiya Ticarət Bankı) bankının Ermənistan filialının bankomatlarından birini partladıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bankomatı partladaraq qapını açıb 18 milyon dram (37 min dollar) aparıblar.

Hadisə ilə bağlı cinayət işi başlayıb.