\
27 Aprel 2024 - Şənbə

Yaponiyada isti havalar 11 nəfərin həyatına son qoyub

Yaponiyada isti havalar 11 nəfərin həyatına son qoyub
1359baxış

Yaponiya ərazisində hökm sürən isti hava səbəbindən təkcə son bir həftədə - 22-28 iyul ərzində 11 nəfər ölüb, 5664 nəfər xəstəxanaya yerləşdirilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir məlumatı ölkənin baş yanğından mühafizə idarəsi yayıb.

Bildirilir ki, xəstəxanaya müraciət edənlərin sayı ötən həftə ilə müqayisədə 3 dəfə artıb. Buna səbəb kimi iyun və iyulun ilk yarısında müşahidə olunan sərin havalardan sonra qəfil istilərin düşməsi göstərilir.

Yayın ilk yarısının temperaturu son 30 ildə Yaponiyada ən aşağı göstərici kimi qiymətləndirilib. İstilərin qəfildən 32-35 dərəcəyə yüksəlməsi zərərçənələrin sayının artmasına səbəb olub.

Mediapress.az