\
23 Aprel 2024 - Çərşənbə axşamı

Gənc yazar Şəhla Aslan doktoranturaya qəbul olunub - Türkiyədə

Gənc yazar Şəhla Aslan doktoranturaya qəbul olunub - Türkiyədə
1465baxış

Yazıçı- jurnalist, Manera.az saytının baş redaktoru  Şəhla Aslan Türkiyənin nüfuzlu dövlət universitetlərindən biri sayılan Gazi Universitetində doktoranturaya qəbul olunub. O bu, haqda öz Feysbuk hesabında məlumat verib.

Təəssurantlarını dostları ilə bölüşən Ş. Aslan: "Belə bir deyim var: Bir gün üzünə elə bir qapı açılar ki, bağlanan bütün qapılar üçün Allaha şükr edərsən! Bu gün üzümə açılan qapıya görə, əvvəlcə Uca yaradanıma, sonra mənə ehtimad göstərən dəyərli hocalarıma, qiymətli böyüklərimə ən içdən duyğularla təşəkkür edirəm!"- deyə bildirib. 

Şəhla Aslan Türkiyə Cumhuriyyətindən dövlət təqaüdu qazandığı xəbərini 26-28 iyulda Gədəbəydə təşkil olunmuş Milli Yaylaq Festivalında aldığını diqqətə çatdırıb:

- Bu sevincli xəbəri Yaylağın ən yüksək yerində aldıq. Qəbul xəbərimin ilk xəbərdarları isə 16 ölkədən mədəniyyətlərini nümayiş etdirməyə gələn dəyərli sənət adamları, qurum rəhbərləri və universitet hocaları oldu. Professor Dr. Nundan Aruc uğurumu böyük qiymətləndirib məni heyətimiz qarşısında təbrik edəndə sözlər boğazımda düyünləndi, eyni zamanda qürur duydum. Çünki indiyə qədər çəkdiyim zəhmətin mükafatını almışdım.

Eyni zamanda bu yolda ona dəstək olan insanlara təşəkkür edib: "Sizlərin ümidlərini doğrultmaq üçün hər zaman bütün çətinlikləri gözə aldım, maneələri dəf etməyə çalışdım, Sizi əmin edirəm ki, bundan sonra da istər elm yolunda, istərsə də İctimai xidmətim zamanı bütün imkanlarımı səfərbər edəcək, haqqımda dediyiniz fikirlərə, mənə olan güvəninizə görə Sizi əsla məyus etməyəcəyəm!"

Ş.Aslan sonda ona göstərilən böyük etimada görə, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) rəhbərliyinə də minnətdarlıq edib:

- Bu il dünyanın hər bir nöqtəsindən rekord sayda müraciət edən tələbələr arasından seçərək, uzun sürən proseslərdən, bir neçə mərhələdə dəyərləndirmədən sonra haqqımda müsbət qərar verərək, bu möhtəşəm sevinci və qüruru yaşamağıma səbəb olan böyük YTB başqanına və digər əməkdaşlarına öz adımdan, ailəm adından və ilk gündən yanımda olub, mənlə eyni həyacanı keçirən dostlarım adından minnətdarlıq edirəm!

Mediapress.az