\
24 Aprel 2024 - Çərşənbə

AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat ləngidib

AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat ləngidib
1433baxış

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb. 

Buna səbəb təyyarənin pəncərəsinin sınması olub. 

Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a faktı təsdiq edib. 

Xatırladaq ki, “J2 076” reysi üzrə uçuşlar "Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir. (report)

Mediapress.az