\
26 Aprel 2024 - Cümə

Fransada qalmaqallı qərarın müzakirəsi: hicab qadağan olunacaq?

Fransada qalmaqallı qərarın müzakirəsi: hicab qadağan olunacaq?
1361baxış
Aylardır məktəblilərin valideynlərinə tətbiq edilməsi üçün nəzərdə tutulan hicab qadağası qərarı geniş müzakirələrə səbəb olub. Sivil müstəvidə aparılan bu diskusiyalar "inqilablar ölkəsi” adlandırılan Fransanın gündəmindən düşmür. 
 
Fransada qadınların məktəb gəzintilərinə hicabla gəlməsini qadağan edən qanun layihəsi Senatda səs çoxluğu ilə qəbul olunub. Mərkəz Sağ Cümhuriyyətçilər Partiyasının təklif etdiyi maddə 97 "xeyr” səsinə qarşı 189 "bəli” səs çoxluğu ilə qəbul edilib. 159 senator isə bitərəf qalıb. Bu maddənin qüvvəyə minməsi üçün Parlamentdə təsdiq olunması lazımdır. Bu səbəbdən də qadağa ətrafında müzakirələr başlayıb və aylardır davam edir. 
 
Fransanın təhsil naziri Jan-Mişel Blanker bu maddənin Dövlət Şurasının qərarına zidd olduğunu və məktəb ekskursiyalarının inkişaf etdirilməsində problem ortaya çıxaracağını vurğulayıb. 
 
Mövzuyla bağlı açıqlama verən sosialist deputat Vivian Artiqalas məsələnin hüquqidən çox siyasi olduğunu və senatorların bəhanə tapdıqlarını deyib. 
Fransa Məscidlər Birliyinin sədri Məhəmməd Moussaoui isə bu qərarın din azadlığına zidd olduğunu açıqlayıb. Moussaoui millət vəkillərinə bu maddənin qəbul edilməməsi və fərqli inanclara sahib vətəndaşlara bərabər yanaşılmasını təmin etmək barədə müraciət edib. 
 
Qərarı müdafiə edən sağçı senatorlar bu qərarın dünyəviliyin qorunması baxımından vacib olduğunu və valideynlərin öz övladlarının məktəb gəzintilərinə hicabla yollanmasını qadağan edən qanun layihəsinin bütün dini simvolların təbliğinə qarşı olduğunu bildirirlər. Bu səbəbdən də məktəb gəzintilərində valideynlər də müvəqqəti ictimai işçi sayıldığı üçün hər hansı simvol istifadə etmələri yolverilməzliyinə diqqət çəkirlər. Onlar xiristiyanlığın yüz illərlə Fransanı və ümumilikdə bütün Avropanı cəhalət içində saxldığını, bundan canlarını qurtarmaq üçün milyonlarla insanın qanın töküldüyünü, əsrlərlə vaxt sərf olunduğunu, savaşların yaşandığını xatırladırlar. İndiki vəziyyətdə dünyəvilik və sivil dəyərlərin üstünlük təşkil etdiyi dövlətlərin yenidən dini xurafata sürüklənə biləcəyindən narahat olduqlarını, bunun qarşısını almaq üçün sərt qanunlara ehtiyac olduğunu bildirirlər. 
Qanunun lehinə səs verən senatarolardan biri çıxışında belə deyib: "Bugünki sivil və inkişaf etmiş Fransanı yaratmaq üçün dini dövlətdən ayırdıq, kilsədə yaşamasını qanuniləşdirdik. Gərək ölkəmizə üz tutan müsəlmanlar anlasın ki, onların dövlətlərinin inkişaf etməməsinin səbəbi dini siyasi alət kimi saxlamaq istəyən qüvvələrin cəmiyyətdə müsəlmanlığın rituallarını saxlamaq istəməsidir. Biz bunu öz tariximizdə yaşamışıq. Və elə həmin dövrdə Avropadan az qaçqın dünyanın müxtəlif yerlərinə getməyib. Bu gün biz geriyə gedə və eyni günləri yaşaya bilmərik. Əksinə, dini alət edən, terror, siyasi tərəfdar toplama vasitəsi kimi istifadə edənlərlə savaşmalıyıq".