\
29 Mart 2024 - Cümə

Bakıda avtobusla avtomobil toqquşub, ölən və yaralananlar var

Bakıda avtobusla avtomobil toqquşub, ölən və yaralananlar var
1724baxış

Bakıda avtobusla minik avtomobili toqquşub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında baş verib.  

Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb: "Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta-ağırdır".

Faktla bağlı araşdırma aparılır. 

Mediapress.az