\
28 Mart 2024 - Cümə axşamı

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb - FOTOLAR

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb - FOTOLAR
2643baxış

Mediapress.az xəbər verir ki, BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb.

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 112 məzun qızıl, 67 məzun gümüş medalla təltif olunub. Medalla təltif olunanlar arasında Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin yeddi məzunu da var. Belə ki, Nəzrin Abiyeva, Vəfa Babanlı, İmran Cəbrayılov, İsmayıl Eyyub, Banuçiçək Qəhrəmanlı, Nəzrin Taba-Tabai qızıl, Tofiq Əliyev isə gümüş medala layiq görülüblər.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev medala layiq görülən məzunları və onların valideynlərini qəbul edib. Məzunları təbrik edən rektor, gələcək təhsillərində uğurlar arzulayıb.
Məzunlar və valideynlər görüş üçün universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Görüş məzunlara medallarının və xüsusi nümunəli attestatlarının verilməsi ilə başa çatıb.