\
25 Aprel 2024 - Cümə axşamı

Türkiyədə hərbçilərə hücum olub, 1 nəfər şəhid olub, 2-si yaralanıb

Türkiyədə hərbçilərə hücum olub, 1 nəfər şəhid olub, 2-si yaralanıb
1355baxış

Türkiyənin Mardin əyalətinin Nusaybin bölgəsində terrorçu PKK qruplaşması silahlılarının hücumu nəticəsində bir əsgər şəhid olub, 2 hərbçi yaralanıb.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bu barədə Mardin əyalətinin valiliyi məlumat yayıb.

Bildirilib ki, hücuma məruz qalan hərbçilər Nusaybinin Günyurdu məhəlləsinin Dibek ərazisində yol tikintisinin təhlükəsizliyini təmin edirlərmiş.

Hadisə baş verən ərazidə irimiqyaslı antiterror əməliyyatı keçirilir.