\
19 Aprel 2024 - Cümə

Azərbaycanda həbsxanadan çıxan məmur vəfat etdi (FOTO)

Azərbaycanda həbsxanadan çıxan məmur vəfat etdi (FOTO)
1408baxış
Uzun müddət Lənkəran səhiyyə şöbəsinin müdiri olmuş rayonun tanınmış həkimlərindən Nurəddin Qurbanov vəfat edib.
Mediapress.az publika.az-a istinadla xəbər verir ki, N.Qurbanov dünən Lənkəran şəhərində xəstəlik səbəbindən 70 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, N.Qurbanov barəsindəki pul mənimsənilməsi şikayətindən sonra 2014-cü ildə işdən çıxarılmış və daha sonra həbs edilmişdi. Bir müddət həbsxana həyatı yaşayan həkim azadlığa çıxandan sonra xəstəliyi ilə mübarizə aparıb.