\
26 Aprel 2024 - Cümə

Xəzər TV-nin aparıcısının dənizdə batan oğlu komadan ayıldı (FOTO)

Xəzər TV-nin aparıcısının dənizdə batan oğlu komadan ayıldı (FOTO)
1430baxış
Xəzər TV-nin tanınmış aparıcısı Yusif Kərimlinin dənizdə batmaq təhlükəsilə üz-üzə qalan və son anda xilas olan 7 yaşlı oğlu Əmin komadan ayılıb. 
 
Aparıcı BAKU.WS-ə açıqlamasında oğlunun vəziyyətinin yaxşılığa doğru getdiyini bildirdi:
 
"Komadan ayılıb. Getdikcə düzəlir. Ümid edirik tezliklə ayağa qalxacaq".
 
Xatırladaq ki, 2 gün əvvəl Yusif Kərimlinin azyaşlı övladı çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır.