\
26 Aprel 2024 - Cümə

ABŞ-ın Rusiyadakı səfiri istefa verdi

ABŞ-ın Rusiyadakı səfiri istefa verdi
1336baxış
ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman istefa verib.
 
Mediapress.az xəbər verir ki, 59 yaşlı diplomat 3 oktyabra qədər vəzifəsinin icrasına davam edəcək. C.Hantsman 2017-ci ildən bəri ölkəsinin Rusiyadakı rəsmi səfiri idi.
 
Con Hantsmanın Yuta ştatında qubernatorluq uğrunda mübarizəyə qoşulacağı güman edilir. O, 2005-2009-cu illərdə ərazidə qubernator vəzifəsini icra edib.