\
23 Aprel 2024 - Çərşənbə axşamı

"Neftçi"nin futbolçusu: "Rəqibin nə qədər ciddi olduğunu bilirik"

"Neftçi"nin futbolçusu: "Rəqibin nə qədər ciddi olduğunu bilirik"
1367baxış

"Bizim üçün çox vacib oyundur. Rəqibin nə qədər ciddi olduğunu bilirik, oyunlarını analiz etmişik". 

Mediapress.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Namiq Ələsgərov İsrailin "Bney Yehuda" komandasına qarşı Bakıda keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib. 

O, məqsədlərinin qələbə qazanmaq olduğunu söyləyib: "Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əvvəl ilk oyunu səfərdə keçirmişdik. Bu dəfə evdə çıxış edəcəyik. Mən də komanda kimi təlaş keçirməməyə çalışacağam ki, oyunu sakit tərzdə başa vuraq". 

Qeyd edək ki, avqustun 8-də "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.