\
26 Aprel 2024 - Cümə

"Bney Yahuda" klubunun baş məşqçisi: "Neftçi" çox güclüdür"

"Bney Yahuda" klubunun baş məşqçisi: "Neftçi" çox güclüdür"
1370baxış

"Neftçi" çox güclüdür. "Arsenal"ı 3:0 hesabı ilə məğlub edib. Bizim isə bura gəlməkdə məqsədimiz qələbə qazanmaqdır".

"Report" xəbər verir ki, bu fikirləri İsrailin "Bney Yahuda" klubunun baş məşqçisi Yossi Abukasis "Neftçi" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, hər bir klubun məqsədi qələbə qazanmaqdır. Biz də bunu düşünürük".

Qeyd edək ki, "Neftçi" və "Bney Yehuda" arasındakı oyun avqustun 8-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.