\
26 Aprel 2024 - Cümə

Bakıda iki piyadanı maşın vurub

Bakıda iki piyadanı maşın vurub
1367baxış

Bakının Nərimanov rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az” xəbər verir ki, 1996-cı il təvəllüdlü Əsədli Rəsul Tərlan oğlu və 1997-ci il təvəllüdlü Abbasova Xasa Mübariz qızını Gənclik metrostansiyası yaxınlığında dayandıqları yerdə maşın vurub.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Əsədli Rəsula alın nahiyəsinin əzilməsi, Abbasova Xasaya isə qarının küt travması diaqnozu qoyulub.